Vladimir Putinlə Həsən Ruhaninin  telefonla danışıblar

Vladimir Putinlə Həsən Ruhaninin telefonla danışıblar

28 Mart 2016 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə Suriya ordusunun uğurlu fəaliyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, dünya mədəniyyətinin xəzinələrindən biri sayılan Palmira şəhərinin İŞİD-dən azad olunması Suriyada terrorçu qruplara qarşı mübarizə kontekstində əlamətdar hadisədir.
Bundan başqa Rusiya və İran prezidentləri ikitərəfli münasibətlərə dair gündəmdə olan aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Mediainfo.az