Putin Krıma gəldi
Rusiya prezidenti Vladimir Putin Krıma gəlib.
Virtualaz.org bildiruir ki, məlumatı RİA-Novosti yayıb.
Məlumata görə, prezident Tuzla adasında inşa olunan yeni körpünün tikintisi ilə tanış olacaq.
Yeri gəlmişkən, Kerç boğazı üzərindən tikilən körpünün uzunluğu 19 kilometr olacaq. Taman və Kerçi birləşdirəcək bu körpü tarixə Rusiyada hələlik ən uzun körpü kimi düşəcək.
Rusiya prezidenti sonra regionun inkişafına həsr olunmuş müşavirə keçirəcək.
Mediainfo.az
Digər xəbərlər