Pentaqon: Rusiya qlobal strateji təhdidlər siyahısında ilk sıradadır
"Rusiya ABŞ üçün qlobal strateji təhdidlər siyahısında birincidir".
Bunu ABŞ-ın müdafiə naziri Eşton Karter ABŞ Senatının silahlı qüvvələr komitəsində 2017-ci ilin büdcəsi ilə bağlı keçirilən müzakirələr zamanı deyib.
O, çıxışında Rusiya, Çin, Şimali Koreya, İran və terrorizmi ABŞ qarşısında duran 5 qlobal strateji təhdid kimi dəyərləndirib.
E. Karter eyni zamanda Rusiya və Çinin tərəfdaş olduğunu deyərək onların hərbi sistemlərinin inkişaf etdiyini və bunun bir sıra sahələrdə ABŞ-ın əldə etdiyi üstünlüklərə qarşı yönəldiyini bildirib: "Bu gün təhlükəsizlik sahəsində vəziyyət 25 il əvvəlkindən çox fərqlənir. Ona görə də yeni investisiya və fəaliyyət tələb edir".
Mediainfo.az
Digər xəbərlər