Ukrayna prezidenti Türkiyəyə səfər edib

Ukrayna prezidenti Türkiyəyə səfər edib

9 Mart 2016 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyəyə işgüzar səfərə gedib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat yayılıb.

İki günlük səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir. P. Poroşenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək və prezidentlərin həmsədrliyi ilə keçiriləcək Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak edəcək. İclasın yekununda Ukrayna-Türkiyə sənədlərinin imzalanması planlaşdırılır.

P. Poroşenkonun səfər proqramında Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəman, baş nazir Əhməd Davudoğlu, türkiyəli iş adamları ilə görüşlər də nəzərdə tutulub.

Artıq Ankarada olan Ukrayna prezidenti yerli Krım tatar icmasının nümayəndələri ilə bir araya gəlib.

Mediainfo.az