ABŞ-dan amerikalılara xəbərdarlıq!  "Türkiyəyə getməyin"

ABŞ-dan amerikalılara xəbərdarlıq! "Türkiyəyə getməyin"

1 Mart 2016 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti amerikalılara Türkiyəyə getməmək barədə xəbərdarlıq edib.

Avropa.info xəbər verir ki, bu barədə məlumat departamentin rəsmi saytında yayılıb. İlk növbədə amerikalılara Türkiyənin cənub-şərq regionuna, Suriya ilə sərhəd ərazilərə getmək məsləhət görülmür. Bəyanatda deyilir:

"Terror hücumlarını, beynəlxalq və yerli qruplardan gələn təhdid nəzərə alaraq ABŞ vətəndaşları ölkə ərazisinə səyahət edərkən ehtiyatlılıq göstərməlidir".

Sənəddə bildirilir ki, populyar turistik obyektlər, ABŞ-a məxsus binalar, polis şöbələri, dövlət binaları terrorçuların əsas hədəfi olub. Dövlət Departamenti Türkiyənin cənub-şərqində adam qaçırılması təhlükəsinin də olduğunu bildirib.

ABŞ dövləti təhlükəsizlik tədbiri kimi vətəndaşlarına məsləhət görür ki, çoxlu insan toplaşan yerlərdən uzaq dursunlar.

Mediainfo.az