
Berluskoni "bunqa-bunqa" partisində kef çəkir
Nə böhran?
Ölkəsi xarici borclar içərisində vurnuxurkən, iqtisadi böhranla çarpışırkən Silvio Berluskoni öz aləmindədir. İtaliyanın baş nazirinin bazar günü Milandakı Arkore villasında, öz təbirincə desək, "bunqa-bunqa" partisi verdiyi iddia edildi. Həmin gün villaya 20-yə qədər qadın daxil olub və səhər saatlarına kimi oradan heç kim çıxmayıb. Baş nazir İtaliyanın iqtisadi problemləri ilə yetərincə maraqlanmamaqda günahlandırılır.
Maraqlıdır ki, əhalisi böhran içində olan baş nazirin "bunqa-bunqa" eləməyə həvəsi ölməyib...
Günel Həbib
O.M.
Digər xəbərlər