
Venesuela prezidenti adını dəyişdirdi
Caynağına keçdiyi xərçəng xəstəliyi ilə mübarizə edən Venesuela prezidenti Uqo Çavez nazirlərlə birlikdə dövlət televiziyasına çıxdı. Paytaxt Karakasdakı ofisindən tamaşaçıları salamlayan 57 yaşlı prezident kimyəvi terapiyaya başladığını açıqladı. Və əlavə etdi ki...
- İyul ayında terapiyaya başladığımız üçün saçlarım tökülürdü. Ona görə də bu problemi birdəfəlik həll etdim, bütün saçlarımı qırxdırdım. Saçsız aktyor Yul Brayneri tanıyırsınızmı? Mənə bundan sonra Yul Çavez deyəcəksiniz. Səhhətimdəki problem yavaş-yavaş həll olunmağa başlayıb. Çox şükür ki, bəd xassəli şişdən azad oldum. Ancaq daha 2 seans terapiya alacam.
1999-cu ildən bu yana prezident olan Çavez 2012 ilindəki seçimlərdə də namizədliyini irəli sürəcək. Rəqibləri isə prezidentin xərçəng olmadığına, sadəcə olaraq seçimlərdə qazana bilməsi üçün belə bir yol seçdiyinə inanırlar.
Siyasətçi də artist olur. Yadınızdadırsa, Rəqsanə bir vaxtlar xərçəng olduğunu deyib gündəmə gəlmişdi...
Günel Həbib
O.M.