Rusiya Türkiyəyə tur-paket satan şirkətlərə iş qaldırdı
Rusiyanın Rospotrebnadzor Türkiyəyə tur-paket satan turizm firmalarına qarşı 140 protokol tərtib edilib.
Avropa.info xəbər verir ki, 2015-ci ilin dekabrından yanvarın 29-dək aparılan yoxlamalar nəticəsində 1307 yoxlama aparılıb, inzibati məsuliyyət ehtiva edən 101 iş açılıb. Türkiyəyə turlar təşkil edən 19 şirkətin fəaliyyəti qadağan olunub. Türkiyəyə turlar satan rus saytları aşkar olunub. Bu internet resurslarına qarşı məhkəmə iddiaları hazırlanıb.
Xatırladaq ki, Türkiyə rus Su-24 bombardmançısını vurduqdan sonra Rusiya 28 noyabr 2015 tarixində sanksiyalar tətbiq etmişdi. Sanksiyalara altına turizm sahəsi də düşmüşdü.
Mediainfo.az
Digər xəbərlər