Peskov: “Ərdoğanın görüşmək istəməsi barədə Putinə məruzə olunub”

Peskov: “Ərdoğanın görüşmək istəməsi barədə Putinə məruzə olunub”

1 Fevral 2016 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyə prezidenti R.T.Ərdoğanın V.Putinlə görüşmək istəməsi ona məruzə olunub"

Apa-nın Moksva müxbirinin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın "Su-34" təyyarəsinin yanvarın 29-da ölkə sərhədini pozduğunu bəyan edib. Bundan sonra prezident Ərdoğan Rusiya prezidenti Putinlə görüşmək istədiyini söyləyib.

Rusiya Müdafiə Nazirliyi isə Türkiyə XİN-in bəyanatını təkzib edərək Rusiya təyyarəsinin sərhədi pozmadığını bildirib.

Mediainfo.az