Deputat Milli Məclisin iclasında təsdiq edilən sənədə etirazını bildirdi

Deputat Milli Məclisin iclasında təsdiq edilən sənədə etirazını bildirdi

1 Fevral 2016 12:33
Bəyəndim (0) Bəyənmədim (0)
"Məncə bu düzgün deyil”

"Azərbaycan Respublikası Milli Məclis İntizam komissiyasının təşkil edilməsi haqqında", "Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında" və "Azərbaycan Respublikası Milli Məclisin komitələrinin yeni üzvlərinin seçilməsi haqqında" sənəd parlamentdə müzakirəyə çıxarılaraq ayrı-ayrılıqda təsdiq olunub.

Əsas yenilik odur ki, artıq bir deputat iki komitədə təmsil oluna biləcək. Müzakirə zamanı Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə buna etirazını bildirib: "Komitə üzvü komitə sədri və müavinindən sonra ən yüksək statusdur. Necə ola bilər ki, aid olduğu komitənin üzvlüyündən başqa, həmin deputat digər bir komitənin də təsadüfi üzvü olsun? Məncə bu düzgün deyil".

Milli Məclisin sədri Oqtay Əsədov isə onunla razılaşmayıb: "Burda etiraz etməyə nə ehtiyac var axı, Aydın Mirzəzadə?! Dünyanın hər yerində bu praktika var, biz də tətbiq edirik. Qoy, deputat bir komitəyə yox, digər komitəyə də töhfəsini versin. Həm də deputatın hər bir məsələyə səs verməsi onsuz da onun hüququdur. Burda etiraz ediləsi heç nə yoxdur".

Qeyd edək ki, İntizam komissiyasının tərkibinə deputat Kamran Nəbizadənin adı əlavə edilib. Komissiyaların tərkibi isə belədir:

İntizam Komissiyası

Abıyev Ağacan Qulam oğlu

İbrahimgızı Məlahət İbrahim qızı

Fətiyev Xanlar Nuru oğlu

Kazımov Mirkazım Məhəmməd oğlu

Möhbalıyev Səttar Suliddin oğlu

Mustafa Fazil Qəzənfər oğlu

Nəbizadə Kamran telman oğlu

Hesablayıcı komissiyası

Heydərov Fəttah Səməd oğlu

Vəliyeva Sədaqət Süleyman qızı

Həsənquliyev Qüdrət Müzəffər oğlu

Hüseynov Rafael Baba oğlu

Kazımlı Xanhüseyn Hüseynağa oğlu

Orucov Zahid Məhərrəm oğlu

Zabelin Mixail Yuryeviç

Mediainfo.az