Səməd Seyidov haqqında gəzən söz-söhbətlərə son qoydu
"Vəzifəmdən uzaqlaşdırılmamışam"
"Mənim Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmağım barədə məlumatlar həqiqəti əks etdirmir".
Bunu Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S. Seyidov bildirib ki, onun AŞPA-ya məktub yazdığı və erməni tərəfinin sessiya vaxtı guya bu məktubdan istifadə etməsi barədə xəbərlər də əsassızdır.
O, nümayəndə heyətinin rəhbəri kimi səlahiyyətlərini davam etdirdiyini, AŞPA-nın qış sessiyasında isə yalnız səhhətində yaranmış problemlərə görə iştirak edə bilmədiyini qeyd edib.
Mediainfo.az
Digər xəbərlər