Almanlar zövqsüz geyinir, amma bu qədər də deyil

Almanlar zövqsüz geyinir, amma bu qədər də deyil

2 Avqust 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın ən çox satılan qəzeti "Bild" bu dəfə federal kanslerdən yazdı. Kansler Ancela Merkelin 2008-ci ildən bu yana eyni paltarları geyindiyini vurğulayan qəzet onun qarderobunun yenilənməsinin tərəfdarı olduğunu açıq-aydın qeyd etdi. Xanım Merkelin 2008-2010 və keçən həftə geyindiyi bu kostyumun, əlindəki çəhrayı rəngli çantanın fotolarını yayımlayan qəzetin bu xəbəri Boliviyada seçildiyi gündən bu yana paltosundan vaz keçməyən prezident Evo Moralesi xatırlatdı.

Deməli, mən də böyük adam sayıla bilərəm. Çünki maaşım yenilənmədiyi kimi qarderobum da yenilənmir...

Günel Həbib

O.M.