
Amerika lideri müsəlmanları təbrik etdi
ABŞ prezidenti Barak Obama Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarını təbrik edib. O, təbrikində müsəlmanlara ən yaxşı arzularını çatdırıb, bu vəsilə ilə Afrikada aclıq qurbanlarına yardım etmənin vacibliyini vurğulayıb. Obama yayımladığı təbrik mesajında Ramazan ayının böyük bir təfəkkür və fədakarlıq dövrü olduğunu bildirib: "Ramazan eyni zamanda vəziyyəti pis olanlara yardım etməyin əhəmiyyətini xatırlatma fürsətidir. Somali və Afrika Buynuzu ərazisində aclığa qarşı yaşamaq mübarizəsi aparan ailələr və onların uşaqları barədə xəbərlər və foto-şəkillər hamımıza insan olduğumuzu və hansısa bir addımı atmalı olduğumuzu xatırladır".
Obama daha qorxulu bir fəlakətin qarşısını almaq
üçün xalqların və millətlərin bu istiqamətdə göstərilən səylərə dəstək verərək
birlikdə hərəkət etmək vaxtının gəldiyini deyib: "Belə hadisələr İslam dini də
olmaqla bütün böyük inancların "Özünüz üçün istəmədiyinizi başqalarına da
arzulamayın" - prinsipini xatırladır".
Bütün dünya müsəlmanlarına əmin-amanlıq dolu
Ramazan arzuladığını deyən Barak Obama keçən il olduğu kimi bu il də Ramazan
ayının axırında Ağ evdə veriləcək iftar ziyafətində iştirak edəcəyini
deyib.
Barak Obamanın təbriki ən çox mənim kimi quru maaşa qulluq edənlərə aiddir. Çünki biz il boyu oruc tuturuq...
Günel Həbib
O.M.