ABŞ İranı əl-Qaidə ilə gizli əlaqələrdə ittiham edir

ABŞ İranı əl-Qaidə ilə gizli əlaqələrdə ittiham edir

29 İyul 2011 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatlar İranı Əl-Qaidə ilə gizli sövdələşmədə ittiham edir. bu Vaşinqtonun əl-Qaidənin altı fəalına qarşı sanksiyalar elan etdiyi zaman baş verib.

ABŞ-ın maliyyə nazirliyi detalları açıqlamayıb, lakin bildirib ki, fəallar ABŞ rəsmilərinin İranda Əl-Qaidənin vasitəçisi olduğuna inandığı İzzəddin Əbdül Əziz Xəlilin şəbəkəsinə mənsub olduğunu bildirib. Nazirliyin bildirdiyinə görə, Xəlil İran hökuməti və terrorçu qrup arasında razılıq əsasında fəaliyyət göstərirdi. Maliyyə nazirliyi qeyd edir ki, İran Əl-Qaidənin Əfqanıstan və Pakistanda əməliyyatlarına maliyyə dəstəyinin verilməsi üçün mühüm tranzit məntəqəsi kimi çıxış edir. İran hökuməti buna hələlik reaksiya verməyib.

Alovun üstünə benzin yox, su tökərlər.

Tofiq Əliyev

O.M.