"Türklərə bu cür sərf edir"

"Türklərə bu cür sərf edir"

28 İyul 2011 12:16
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyənin Sarkisyana qarşı olan reaksiyasına cavab

Ermənistandan Türkiyənin Sarkisyana qarşı olan reaksiyasına cavab gecikmədi. Ölkənin Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərin bu mövzu ilə bağlı sualını bu cür cavablandırdı: "Türklər Serj Sarkisyanın sözlərini sona kimi dinləməyiblər. Yalnız bir bölümünü nəzərə alıblar. Türklər bunu bu şəkildə görmək istəyirlərsə, deməli, onlara bu cür sərf edir".

Rəcəb Təyyib Ərdoğan dünən Bakıdakı mətbuat konfransında Ermənistan prezidentinin "Qarabağı biz aldıq, Ağrı dağını da siz alın" - deyə gənc nəsillərə müraciət etməsinə qəzəblənmiş və "Bu, dövlət məmuruna və ya prezidentə yaraşan ifadələr deyil. Gələcək adamları kin və nifrətlə doldurmaq dövlət məmuruna yaraşmaz", - demişdi.

Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən. (A.S.Puşkin)

Günel Həbib

O.M.