Serj Sarkisyan üzr istəməlidir!
Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan ölkə prezidenti ilə görüşü zamanı mətbuat konfransı təşkil edilib. Mətbuat konfransında türk qonağımız jurnalistlərin suallarını cavablandırıb. Son zamanlar Ermənistan prezidentinin Dağlıq Qarabağ və Ağrı dağı (bu haqda sizlərə xəbər vermişdik) haqda işlətdiyi ifadələr həyəcana səbəb olmuşdu. Buna sərt yanaşan Rəcəb T.Ə. jurnalistin sualına bu cür cavab verib: "Bu, dövlət məmuruna və ya prezidentə yaraşan ifadələr deyil. Gələcək adamları kin və nifrətlə doldurmaq dövlət məmuruna yaraşmaz. Bu bir təhrikdir. Bu minvalla Ermənistan gəncliyinin sonu nə olacaq? Belə getsə, qaranlıq olacaq. Bu kimi olaylara qaranlıq gözlərlə baxacaqlar. Bunu bilmələri vacibdir - hazırda Yuxarı Qarabağ işğal olunub və işğalçılar da bəllidir. Bu sözləri təkcə biz demirik, BMT də deyir, buna bir çözüm lazımdır. "Qarabağı biz aldıq, Ağrı dağını da siz alın. Ermənistan bundan sonra Türkiyə ilə istədiyi vaxt, istədiyi şəkildə müharibəyə başlaya bilər" - belə bir məntiq ola bilərmi? Gəncliyə belə bir istiqamət verilə bilərmi? Bu nə deməkdir? Bunların hamısını rədd edirik. Belə bir dövlət adamı, demokratiya ola bilməz! Serj Sarkisyanın çox ciddi yanlışı var, tarixi bir yanlışın altına da özü imzasını atıb. Üzr istəməsi və bu yanlışdan dönməsi gərəkdir!"
Atalar demişkən, erməni ilə dostluq et, çomağı əldən vermə!
Günel Həbib
O.M.