Moskvada Lavrov və Kerri görüşü - FOTO

Moskvada Lavrov və Kerri görüşü - FOTO

15 Dekabr 2015 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ilə arasında görüş başlayıb.

apa-nın Moskva müxbirinin verdiyi xəbərə görə, görüşdə Suriya böhranı, İŞİD terrorçu təşkilatına qarşı mübarizə, Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik, Ukrayna böhranı ilə bağlı Minsk razılaşmasının şərtlərinin yerinə yetirilib-yetirilməməsi müzakirə olunacaq.

Görüşün yalnız protokol hissəsinin mətbuat tərəfindən işıqlandırılmasına icazə verilib. Sonra danışıqlar bağlı qapılar arxasında davam etdirilib. Görüşdən sonra C. Kerri prezident Vladimir Putin tərəfindən qəbul olunacaq.

Mediainfo.az