Tehran Nigeriyaya etiraz edir

Tehran Nigeriyaya etiraz edir

15 Dekabr 2015 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

İran Nigeriyada şiə müsəlmanların öldürülməsinə etiraz olaraq bu ölkənin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Məlumatlara görə, Nigeriya əsgərləri ölkənin şimalındakı Zaria şəhərində şiə İslamçı Hərəkatın lideri Ibrahim Zakzakinin evinə basqın ediblər. Hərəkat reyd zamanı yüzlərlə şiə müsəlmanın qətlə yetirildiyini bildirir. Qrup üzvləri isə hərbçilərə daş atıbmış.

Digər məlumatlarda 20 nəfərin həlak olduğu qeyd olunur. Zakzaki və həyat yoldaşı sağdır və saxlanıblar ("Azadlıq" radiosu)

Mediainfo.az