“Doğan” qrupunun nümayəndə heyəti ABŞ-a etraz etdi
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Amerikaya müsəlmanların buraxılmaması ilə bağlı bəyanatına Türkiyənin ən iri şirkətlərindən olan "Doğan" qrupunun kəskin etirazı ilə qarşılanıb. Musavat.com "CNN Türk"ə istinadən xəbər verir ki, şirkətləri qrupunun nümayəndəsi Hanzadə Doğan "Trump Towers" layihəsindəki ortaqlığın gələcəyinin müzakirə olunması üçün Nyu-Yorka nümayəndə heyətinin göndəriləcəyini açıqlayıb.
Hanzadə Doğan bildirib ki, Trump rəsmilərinə məktub da yazıb. O, məktubunda yazıb ki, Donald Trampın sözləri onu, ailəsini, Türk xaqını, dünya müsəlmanlarını, həm də bəşəriyyəti yaralayıb və bu durum Trampla ticari əlaqələri zədələyib". Lakin məktuba cavab gəlməyib.
Bunun ardınca ikinci məktubu yazan Hanzadə Doğan ortaqlıq anlaşmasının gələcəyini müzakirə etmək, gərəkli hüquqi məsləhətləşmələr üçün sabah "Doğan" qrupundan nümayəndə heyətinin Nyu-Yorka yollanacağını bildirib.
Mediainfo.az








































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)







































