Çexiya prezidenti: “Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir”

Çexiya prezidenti: “Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir”

10 Dekabr 2015 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir".

Bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.

Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan M. Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.

"Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var", - deyə Çexiya prezident qeyd edib.

Sonda M. Zeman dediklərinə görə Türkiyə səfirindən etiraz notası gözlədiyini də diqqətə çatdırıb.

Mediainfo.az