ABŞ Suriyanı bombaladı

ABŞ Suriyanı bombaladı

7 Dekabr 2015 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya ordusu ilk dəfə olaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən bombardman edilib.

Bu barədə "Reuters" suriyalı hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.

Hadisə böyük hissəsi İŞİD-in nəzarətində olan Deyr əl-Zor əyalətində baş verib. İŞİD-i hədəf alan koalisiya qüvvələri yanlışlıqla Suriya ordusunun mövqelərinə aviazərbələr endirib. Nəticədə 4 Suriya əsgəri ölüb, 13-ü yaralanıb.

Suriya hökumətinə yaxın mənbə hadisəni təsdiqləyib və aviazərbələr nəticəsində insanların öldüyünü və nəqliyyat vasitələrinin sıradan çıxarıldığını deyib.

Deyr əl-Zor İŞİD-in faktiki paytaxtı Rakka şəhəri ilə terrorçu qruplaşmanın İraqda nəzarət etdiyi ərazini birləşdirir. (apa)

Mediainfo.az