NATO-ya daha bir ölkə qəbul olunub

NATO-ya daha bir ölkə qəbul olunub

2 Dekabr 2015 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

NATO ölkələrinin xarici işlər nazirləri Monteneqronun alyansa qəbulunu təsdiqləyiblər.

APA-nın "Röyters"ə istinadən verdiyi məlumata görə, NATO baş katibi Yens Stoltenberq bu münasibətlə Monteneqronu təbrik edərək bunu çox gözəl birliyin başlanğıcı kimi dəyərləndirib.

Qeyd edək ki, Monteneqro NATO-nun 29-cu üzvü olmaq şansı qazanıb. Ölkənin alyansa qəbulu proseduru 1,5 il çəkə bilər. Rusiya Monteneqronun NATO-ya üzvlüyü ilə bağlı aparılan danışıqlara qarşı çıxış edir.

Mediainfo.az