Ermənilər oturaq aksiyaya başlayıblar

Ermənilər oturaq aksiyaya başlayıblar

2 Dekabr 2015 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Yeni Ermənistan" hərəkatı İrəvanın mərkəzindəki Azadlıq meydanında bir günlük oturaq aksiya keçirir.

apa-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, aksiya dünəndən başlayıb. Konstitusiya islahatlarının əleyhinə olan "İrs" partiyasının lideri Raffi Ovanisyan bildirib ki, nümayişçilər növbəli şəkildə meydanda olacaqlar.

Bu gün saat 18:00-dan başlayaraq isə yeni mitinq keçiriləcək, ardınca isə nümayiş olacaq.

Xatırladaq ki, dekabrın 6-da Ermənistanda Konstitusiya islahatları ilə bağlı referendum keçiriləcək.

Mediainfo.az