Sarkisyan növbəti dəfə Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edib

Sarkisyan növbəti dəfə Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edib

26 İyul 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidenti Serj Sarkisyan növbəti işğalçı bəyanatla çıxış edib. S. Sarkisyan bəyanatında nəinki işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmaq niyyətində olmadıqlarını bildirib, daha da uzağa gedərək Türkiyə ərazisindəki Ağrı dağı bölgəsini ələ keçirməyi gələcək nəsillər qarşında vəzifə kimi qoyub. Ermənistanda dünən keçirilən erməni dili və ədəbiyyatı yarışında şagirdlərdən birinin "Qərb torpaqlarımızı Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi" sualına cavab verən Serj Sarkisyan "bu sizin nəslin vəzifəsidir. Məsələn, mənim nəslim üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. 90-cı illərdə vətənimizin bir parçası olan Artsaxı düşmənin əlindən qurtardıq. Hər nəslin öz vəzifəsi var. Sizin də gələcəkdə bizim kimi üzərinizə düşən vəzifəni yerinə yetirib-yetirməməyiniz birlik və bərabərliyinizə bağlıdır. Səməndər quşu kimi hər dəfə kül olub dirilə bilməyimiz biz erməni millətinin uğurudur. Amma bir söz də deməliyəm. Bu gün dünyada ölkələrin etibarı kvadratmetrlə ölçülmür. Ermənistan modern, təhlükəsiz və iqtisadi baxımdan uğur əldə edən ölkə olsa, etibarı da bir o qədər yüksək olacaq" deyib.

Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər. (Adam Mets, isveç səyyahı)

Tofiq Əliyev

O.M.