Rəsulzadənin nəvəsi yeni deputatı məhkəməyə verir

Rəsulzadənin nəvəsi yeni deputatı məhkəməyə verir

1 Dekabr 2015 13:42
Bəyəndim (0) Bəyənmədim (0)
“Rəsulzadə yaxşı kişi olsaydı arvadına sahib çıxardı” kəlməsi çox su aparacaq...

Milli Məclisə Gəncədən deputat seçilən Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin bu şəhərdəki büstünə niyə çuval keçirildiyi barədə suala heç kimin gözləmədiyi tərzdə cavab verib.

Naqif Həmzəyev "Yeni Müsavat" qəzetinin əməkdaşına verdiyi cavabda Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb.

Naqif Həmzəyev "Rəsulzadə yaxşı kişi olsaydı arvadına sahib çıxardı" sözləri ilə özü də hiss etmədən şok açıqlama verib (Azadlıq.info)

Mediainfo.az