Malidə girov götürülən Türkiyə vətəndaşları azad olunublar

Malidə girov götürülən Türkiyə vətəndaşları azad olunublar

20 Noyabr 2015 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Malinin paytaxtı Bomako şəhərində "Radisson" hotelində saxlanılan girovlardan 5 nəfəri Türkiyə Hava Yolları (THY) şirkətinin əməkdaşıdır.

DHA-nın xəbərinə görə, THY əməkdaşları artıq azad olunublar. Onlar Türkiyə vətəndaşları olan pilot və digər ekipaj üzvləridir.

Qeyd edək ki, ümumilikdə 170 nəfər girov götürülüb, onlardan 140-ı qonaq, 30-u isə hotel əməkdaşıdır.

Hotelə giriş və çıxış qadağan edilib. İndiyədək 3 nəfərin öldürüldüyü barədə xəbər yayılıb.

Mediainfo.az