İŞİD-dən təhdid: “Əsə-əsə məğlub olacaqsınız”

İŞİD-dən təhdid: “Əsə-əsə məğlub olacaqsınız”

16 Noyabr 2015 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Albaniyanın Daxili İşlər naziri Sami Tahiri İŞİD tərəfindən təhdid olunub.

Məlumata görə, nazirin elektron poçtuna göndərilən məktubda Parisdən sonra paytaxt Tiranada terakt hazırlanacağı qeyd olunub:

"Parisdən sonra növbə Tirananındır. Siz döyüşdə Allahın qarşısında əsə-əsə, titrəyərək məğlub olacaqsınız".

Yerli medianın məlumatına görə, məktub İŞİD-in albanlardan ibarət "Qırmızı alay"ından göndərilib.

Nazir məsələ ilə bağlı Prezident Buyar Nişaniyə məlumat verib. Prezidentin əmri ilə Albaniya Milli Şurasının toplantısı keçiriləcək.

Mediainfo.az