Kommunistlər Putindən Türkiyəyə uçuşları dayandırmağı təklif etdilər

Kommunistlər Putindən Türkiyəyə uçuşları dayandırmağı təklif etdilər

12 Noyabr 2015 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Kommunist Partiyasının Dövlət Dumasındakı fraksiyasına daxil olan deputatlar Türkiyə və Tunisə hava uçuşlarının qadağan olunmasını təklif ediblər.

Deputatlar Valeri Raşkin və Sergey Obuxov bununla bağlı prezident Vladimir Putinə müraciət ünvanlayıblar.

Deputatlar məktubda Misirlə yanaşı, bu ölkələrdə də İslam dövləti qruplaşmasının fəaliyyətdə olduğunu, son aylarda Türkiyədə 7, Tunisdə isə 2 teror aktının baş verdiyini yazıblar.

Bundan öncə, Rusiya Misirə hava vasitəsilə sərnişindaşımalarını qeyri-müəyyən müddətə təxirə salmışdı. (modern)

Mediainfo.az