İstanbulda öldürülən çeçen Şişaninin qohumu imiş

İstanbulda öldürülən çeçen Şişaninin qohumu imiş

10 Noyabr 2015 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 1-də İstanbulda sui-qəsd nəticəsində öldürülən keçmiş İŞİD döyüşçüsü çeçen Georgi Kamayevlə bağlı maraqlı məlumat ortaya çıxıb.

Axar.az xəbər verir ki, polisin araşdırması nəticəsində Kamayevin İŞİD liderlərindən Əbu Ömər Şişaninin keçmiş kürəkəni olduğu müəyyənləşib.

Məlumata görə, Kamayev bir müddət Şişaninin yanında İŞİD sıralarında döyüşüb. Şişaninin qızı ilə evlənən və bir uşağı olan Kamayev daha sonra mövqeyini dəyişdirib. İŞİD-in işgəncələrinə və edamlarına qarşı çıxan çeçen döyüşçü təşkilatdan ayrılıb. O, Şişaninin qızından boşanaraq Suriyada qafqazlılardan ibarət Mühacirlər və Dəstəkçilər Ordusuna qatılıb.

Qeyd edək ki, Kamayev noyabrın 1-də İstanbuldakı evində bıçaqlanaraq öldürülüb.

Mediainfo.az