![Elza Seyidcahanın şikayəti DSK-ya göndərildi](http://oxumeni.az/media/news/2015/11/photo_43489.jpg)
Elza Seyidcahanın şikayəti DSK-ya göndərildi
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.
Apa-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, 54 sayı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Elza Qasımova (Seyidcahan) bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyini iddia edərək MSK-ya şikayət edib.
A. Muxtarova bildirib ki, şikayət aidiyyəti qaydalar pozulmaqla MSK-ya göndərilib və buna görə də baxılması üçün müvafiq dairə seçki komissiyasına təqdim olunmalıdır. MSK şikayətin DSK-ya göndərilməsi barədə qərar verib.
Mediainfo.az
Digər xəbərlər