“NATO Liviyadan əliboş qayıdacaq"
Liviya lideri Müəmmar Qəddafi ötən gün onu dəstəkləyən nümayiş iştirakçılarına audio-müraciətində bəyan edib ki, NATO qüvvələri məğlub olacaq və Liviyadan əliboş qayıdacaqlar. Qəddafiyə dəstək nümayişi onun doğma şəhəri olan Sirtdə keçirilib. Cəmahiriyyə lideri üsyançılarla danışıqların mümkünlüyünü qəti şəkildə təkzib edib: "Bizim aramızda Məşhər gününədək heç bir danışıqlar olmayacaq." - Liviya lideri belə deyib. Polkovnik Qəddafiyə sadiq hərbi qüvvələr isə Marsa-əl-Breqa liman şəhərinin şimal-qərbindəki mühüm neft infrastrukturunu əldə saxlamağa davam edirlər. Havadan NATO aviasiyasının dəstəyinə baxmayaraq, üsyançılar hələ ki, bu strateji əhəmiyyətli obyekti ələ keçirə bilmirlər. Məlumata görə, Qəddafi əsgərləri Marsa-əl-Breqa şəhərinə aparan yolda 400 mindən çox mina qoyublar. Keçid dövrü milli şurasının nümayəndələri bildirib ki, üsyançılar Ramazan ayına kimi Marsa-əl-Breqa şəhərinə nəzarəti ələ keçirməyə çalışırlar.
Deyəsən, Qəddafi NATO-nun qəddini bükəcəyinə inanır.
Tofiq Əliyev
O.M.