“Rusiya təyyarəsini İŞİD vurub”

“Rusiya təyyarəsini İŞİD vurub”

2 Noyabr 2015 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya təyyarəsinin Misirdə qəzaya uğraması Kremlin Suriyadakı siyasətinə cavabdır.

Bunu Rusiya Baş nazirinin keçmiş müavini Alfred Kox öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, Kreml təyyarə faciəsinin əsil səbəbini bilir:

"Bu, Suriyadakı fəaliyyətə görə qisasdır. Onlar xəbərdar etmişdilər ki, qisas alacağıq və etibarlı təyyarə anidən havada məhv oldu. Onlar artıq qəzaya görə məsuliyyəti öz üzərlərinə götürüblər".

Qeyd edək ki, bir neçə gün öncə Rusiya təyyarəsi Misirdə qəzaya düşüb. Qəzaya görə məsuliyyəti İŞİD-in Misir qanadı öz üzərinə götürsə də, rəsmi Qahirə hələ də bunu təsdiqləməyib.

Mediainfo.az