Arif Hacılı parlament seçkilərinin yenidən keçirilməsini tələb edir - FOTO

Arif Hacılı parlament seçkilərinin yenidən keçirilməsini tələb edir - FOTO

2 Noyabr 2015 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
"Bir sıra qanun pozuntularına rat gəlinib"

Musavat Partiyası parlament seçkilərinin yenidən keçirilməsinə çağırıb.

Partiyanın başqanı Arif Hacılı bugünkü mətbuat konfransında deyib ki, onların müşahidəçiləri seçki prosesini izləyib və bir sıra qanun pozuntularına rast gəliblər.

A. Hacılı Musavat Partiyasından 73 nəfərin namizədliyinin irəli sürüldüyünü, onlardan 25-nin namizədliyinin qeydə alındığını bildirib.

"Lakin namizədlərin təşviqat kampaniyası aparması imkanları məhdud olub", - deyə o qeyd edib.

A. Hacılı bilidib ki, Müsavat Divanının oktyabrın 28-də keçirilmiş iclasında seçki kampaniyasının dayandırılması barədə qərar qəbul edilib: "Lakin namizədlərin adı siyahıda saxlanılıb. Səbəb kimi də onu göstərib ki, bülletenlər artıq çap olunub, yeni bülletenləri çap etməyə vəsait yoxdur. Beləliklə, bizim seçkidə iştirak etmək və etməmək hüququmuz pozulub". (apa)

Mediainfo.az