
Növbəti miqrant faciəsi: 21 ölü
Türkiyədən Yunanıstana miqrantları daşıyan iki qayıq Egey dənizində batıb.
Hadisə nəticəsində 21 nəfər həyatını itirib, 138 miqrant isə xilas edilib. Rəsmi məlumatlara görə, hadisə Rodos adası yaxınlığında baş verib. Faciə zamanı qayıqlarda neçə miqrantın olduğu məlum deyil.
Mediainfo.az
Digər xəbərlər