
ABŞ-ın Türkiyə əleyhinə qərarı
ABŞ Konqresinin Xarici Əlaqələr üzrə Nümayəndələr Palatasının Daimi Komitəsi Türkiyəni xristian kilsələrini geri qaytarmaq, ölkədəki xristian azlıqlarının təqibini dayandırmaq və müsadirə olunan kilsə əmlakını geri qaytarmağa səsləyən qanunverici düzəlişi qəbul edib.
Səsvermə iyulun 20-də baş tutub. Qanunverici düzəliş 1 əleyhinə, 43 isə lehinə olmaqla qəbul edilib. Qanunverici düzəlişi Nümayəndələr Palatasının üzvləri, Kaliforniyadan olan respublikaçı Ed Roys və demokrat Qovard Bermanın xüsusi təşəbbüs ilə dəstəklənib. Bu akt təsdiqi Türkiyənin erməni, yunan və assur icmalarının maraqlarını təmsil edir. Düzəlişdə Türkiyədən ölkədə yaşayan dini azlıqlara qarşı dini-ayrı seçkiliyə son qoymağı, müsadirə olunmuş kilsə əmlakının geri qaytarılması tələb olunur.
ABŞ indi də Türkiyəni hədəfə alıb.
Tofiq Əliyev
O.M.