BMT baş katibi İsrail və Fələstinə müraciət etdi

BMT baş katibi İsrail və Fələstinə müraciət etdi

20 Oktyabr 2015 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

BMT baş katibi Pan Gi Mun Yaxın Şərqdə zorakılıq hallarının artması ilə əlaqədar İsrail və Fələstin xalqlarına müraciət edib.

Baş katib video müraciətdə hazırkı zorakılığın fələstinlilərin legitim dövlət qurma haqlarını zəiflətdiyini, İsrailin isə təhlükəsizliyini təhdid altına qoyduğunu bildirib.

Pan Gi Mun İsrail və fələstinliləri ekstremistlərin din pərdəsi altında münaqişəni gərginləşdirmələrinə icazə verməməyə çağırıb: "Fələstin və İsrail liderlərini terror, zorakılıq, nifrət qarşısında qətiyyət nümayiş etdirməyə çağırıram".

Bununla yanaşı, baş katib Yerusəlimdəki tarixi yerlərin status-kvosuna hörmətlə yanaşmağın vacibliyini diqqətə çatdırıb.

Mediainfo.az