Pan Gi Mun: "4 milyon suriyalı qaçqın düşüb"

Pan Gi Mun: "4 milyon suriyalı qaçqın düşüb"

18 Oktyabr 2015 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyandakı daxili münaqişələrə görə dörd milyon suriyalı öz evlərini tərk etməyə məcbur olub.

Bu barədə BMT-nin baş katibi Pan Gi Mun məlumat verib.

Qaçqın axınından ən çox İordaniya, Türkiyə, Livan və İraq əziyyət çəkir. Livan əhalisinin 25 faizi Suriya qaçqınlarıdır.

Bundan başqa 2 milyondan çox qaçqın Türkiyədə, 1,5 milyon qaçqın İordaniyada, 300 min qaçqın İraqda və müəyyən sayda suriyalı Şimali Afrikada və Misirdə də yerləşib. Suriyanın özündə isə 8 milyon insanın hümanitar yardıma ehtiyacı var. Bugünkü miqrasiya problemi İkinci Dünya Muharibəsindən sonra yaranan ən böyük problemdir. Pan Gi Mun onu da qeyd edib ki, dünyada 60 milyon insanı qaçqın hesab etmək olar. (musavat)

Mediainfo.az