İran BMT-ni haqsız çıxardı

İran BMT-ni haqsız çıxardı

17 Oktyabr 2015 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

"İranın ötən həftə həyata keçirdiyi ballistik raket sınağı BMT qətnaməsinin pozulması demək deyil". Bu barədə ölkənin xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

"Bu raketlərdən heç biri nüvə başlıqları ilə təminat üçün nəzərdə tutulmayıb, demək, onlar BMT qətnaməsini pozmur" – qeyd edib diplomat. Onun sözlərinə görə, BMT-nin tədbirləri Tehrana öz hərbi müdafiəsini möhkəmlətməyə yönəlik addımlar atmağa imkan verir.

Qeyd edək ki, BMT-nin daimi təmsilçisi Samanta Pauer Tehranın ballistik raket sınağını "BMT sanksiyaların aşkar pozulması" kimi qiymətləndirmişdi. Təşkilatın Təhlükəsizik Şurasının 1929 saylı qaətnaməsi İranın ballistik raketlərlə bağlı hər hansı tədbirdə iştirakını qadağan edir. (musavat)

Mediainfo.az