İŞİD mövqelərinə hücum nəticəsində 8 azərbaycanlı öldürülüb

İŞİD mövqelərinə hücum nəticəsində 8 azərbaycanlı öldürülüb

16 Oktyabr 2015 18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın Deir Ezzor vilayətində İŞİD-in nəzarətində olan al-Mayadin şəhərinə edilən hücum zamanı 2 azərbaycanlı ailənin üzvləri öldürülüb.

Apa-nın Suriya İnsan Haqları üzrə Müşahidə Qrupunun (Syrian Observatory for Human Rights) saytına istinadən verdiyi məlumata görə, döyüş təyyarələri tərəfindən edilən hava hücumu zamanı milliyətcə azərbaycanlı olan 2 qadın və 6 uşaq ölüb. Onların İŞİD sıralarında döyüşən şəxslərin ailə üzvləri olduğu bildirilir.

Lakin döyüş təyyarəsinin beynəlxalq koalisiyaya, yoxsa Rusiyaya məxsus olduğu aydınlaşmayıb.

Mediainfo.az