
İŞİD ABŞ və Rusiyaya müharibə elan etdi
İŞİD eyni zamanda ABŞ və Rusiyaya müharibə elan edib.
Avropa.info xəbər verir ki, İŞİD-in mətbuat katibi funksiyasını yetirən Əbu Məhəmməd əl Adnani rus və amerikalı "xaçlılar"a qarşı müqəddəs müharibə elan edib. Bu haqda Frans Press agentliyi məlumat yayıb.
İnternetdə yayılan audioyazıda əl Adnani iddia edir ki, İŞİD tərəfdarları ilə döyüşdə zəifləyən ABŞ "şeytanla ittifaqa gedib". O, İŞİD-in əvvəlki vaxtlardan daha güclü olduğunu bəyan edib. Həmçinin Bəşər Əsədə qarşı döyüşən müxaliflərə İŞİD-ə qarşı olmamağı məsləhət görüb.
Adnani İŞİD-in vacib siması Fadil Əhməd əl Xəyalinin (Hacı Mutaza) ölümünü də təsdiqləyib. O, amerikan pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.
Mediainfo.az
Digər xəbərlər