ABŞ komandanı: "Rusiyanın İŞİD-ə qarşı mübarizəsi vacibdir"

ABŞ komandanı: "Rusiyanın İŞİD-ə qarşı mübarizəsi vacibdir"

14 Oktyabr 2015 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiyanın İŞİD-ə qarşı müharibədə iştirakı çox vacibdir".

"lenta.ru"nun verdiyi məlumata görə, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı Ben Hodjes deyib. Bununla yanaşı, amerikalı general Rusiyanın Suriya münaqişəsinə cəlb olunmasına tənqidi yanaşıb. O, bunun Avropa üçün arzuedilməz nəticələnəcəyini və qaçqınların sayının arta biləcəyini qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqının xarici sərhədlərin təhlükəsizliyi üzrə agentliyinin məlumatına əsasən sentyabr ayında Aİ sərhədini 170 min qeyri-leqal miqrant keçib Onların əksəriyyəti Suriyadan olan qaçqınlardır.

Mediainfo.az