Rusiya XİN: Qarabağ münaqişəsinin həlli xarici siyasət prioritetlərimizdən biri olaraq qalır

Rusiya XİN: Qarabağ münaqişəsinin həlli xarici siyasət prioritetlərimizdən biri olaraq qalır

14 Oktyabr 2015 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasət prioritetlərindən biri olaraq qalır".

apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya XİN-nin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə çıxış edib.

O, Qarabağ nizamlanmasının Rusiya XİN başçısı S.Lavrovun xarici həmkarları ilə müzakirə etdiyini söyləyib: "Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bir qədər əvvəl, BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə həmsədrlərin bu ay regiona baş tutacaq səfəri öncəsi münaqişənin nizamlanmasına dair praktik məsələlər, habelə ATƏT-in Minsk qrupunun fəaliyyətinin koordinasiyası müzakirə olunub. Təəssüf ki, münaqişə zonasında baş verən gərginlik, itkilərin çoxalması, o cümlədən mülki əhali arasında ölüm halları siyasi dialoqun bərpasını daha da çətinləşdirir. Münaqişənin eskalasiyası yolverilməzdir. Tərəfləri güc tətbiq etməkdən imtina etməyə, güzəştlər üçün lazım olan siyasi iradə göstərməyə çağırırıq".

Mediainfo.az