Nobel Sülh mükafatının builki qalibi

Nobel Sülh mükafatının builki qalibi

9 Oktyabr 2015 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Nobel Sülh mükafatının builki qalibi məlum olub.

Mükafatın laureatı Tunisdə milli dialoq "kvarteti"nə təqdim edilib. Nobel komitəsinin açıqlamasında bildirilir ki, "Tunisdə milli dialoq kvarteti" 2011-ci ildə "Yasəmən inqilab"ından sonra ölkədə demokratik mühitin yaradılmasında verdiyi töhfələrinə görə mükafata layiq görülüb.

Təşkilat 2013-cü ildə yaradılıb.

Qeyd edək ki, ötən il Sülh mükafatı qızların təhsili üçün apardığı kampaniyaya görə 17 yaşlı Pakistanlı Malala Yousafzaidə və Hindistanda uşaqların hüquqlarını müdafiə etdiyi üçün Kailash Satyrathiyə təqdim olunmuşdu.

Mediainfo.az