
Sergey Şoyqu: "İŞİD Əfqanıstanda fəaliyyətlni gücləndirib"
Rusiyada fəaliyyəti qadağan olunmuş "İŞİD"-ın emissarları Əfqanıstanda fəaliyyətlərini gücləndiriblər.
Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu bəyanatla Rusiyanın müdafiə naziri çıxış edib. Yaxın Şərq regionundakı problemlərə həsr olunan beynəlxalq konfransın iştirakçılarına göndərdiyi müraciətdə müdafiə naziri İŞİD döyüşçülərinin sayının Əfqanıstanda gündən-günə artdığını söyləyib.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahın məlumatlarına görə, Əfqanıstanda İŞİD döyüşcülərinin sayı müntəzəm olaraq artır.
Bu ölkədə İŞİD-çilərin sayı artıq 3 min nəfərə çatıb. Rusiyalı hərbçilərin fikrincə, NATO-nun bütün bəyanatlarına baxmayaraq, Əfqanıstan hakimiyyəti qanunsuz silahlı qruplaşmalarla effektiv mübarizə apara bilmir. Buna misal olar Rusiya MN Kunduz şəhərinin "Taliban" döyüşçüləri tərəfindən ələ keçirilməsini göstərir.
Kunduz şəhəri Tacikistan sərhədi yaxınlığında yerləşir.
Mediainfo.az