Amerika Qəddafi ilə görüşdü

Amerika Qəddafi ilə görüşdü

20 İyul 2011 12:24
Bəyəndim (0) Bəyənmədim (0)
Təfərrüatı bizdə!

Liviyada Müəmmar Qəddafi gücləri ilə müxaliflərin Breqa şəhəri başda olmaqla bir çox bölgədə müharibəsi davam edərkən ABŞ Qəddafi təmsilçiləri ilə dialoqa girdi. Hər iki tərəf bu görüşməni təsdiqləsə də, masaya tökülən mövzular barədə fərqli ifadələr işlədildi. Amerikanın Xarici İşlər Nazirliyinin diplomatları sayəsində gerçəkləşdirilən görüşmədə onlar, "Qəddafi getməlidir", - dedi. Qəddafi hökumətinin sözçüsü Musa İbrahim isə, "Qoy liviyalılar gələcəklərini özləri seçsinlər", - dedi. Vaşinqton rəhbərliyi yeni görüşü planlaşdırmadıqlarını bildirdi. Günlərdir müharibənin davam etdiyi Breqadan isə yeni mesajlar gəlməkdə davam edir. Müxaliflər kontrolu ələ keçirdiklərini vurğulayırlar. Ölkənin Xarici İşlər naziri Abdel Ati al-Obeydi bu gün Moskvada yerli həmkarı Sergey Lavrov ilə görüşəcək.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur, yer üzünü.

Günel Həbib

O.M.