
İrəvanda etiraz aksiyası keçiriləcək
Ermənistanın paytaxtı İrəvan şəhərində konstitusiya islahatları əleyhinə mitinq keçirilib. Cebhe.info xəbər verir ki, mitinqdə Erməni Milli Konqresi, "İrs" partiyası, Ermənistan Xalq Partiyası və "Təsis parlamenti"nin tərəfdarları iştirak ediblər. Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar "Yox" cəbhəsi altında birləşiblər. "Azadlıq" meydanında keçirilən mitinqdə oktyabrın 5-də Milli Məclisin binası qarşısında izdihamlı mitinq keçiriləcəyi anonsu verilib. Mitinqin əsas məqsədi parlamentdə konstitusiya islahatları ilə bağlı keçiriləcək səsverməyə təsir etməkdir. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 21 avqustda Milli Məclisdə konstitusiyada islahatların keçirilməsi barədə göstəriş verib. Parlamentdə konstitusiya islahatları məsələləri üzrə Ermənistan prezidentinin rəsmi nümayəndəsi kimi Vardan Poqosyan çıxış edəcək.
Mediainfo.az