Bu millət vəkilləri namizədlikdən imtina ediblər - SİYAHI

Bu millət vəkilləri namizədlikdən imtina ediblər - SİYAHI

3 Oktyabr 2015 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb.

Namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti oktyabrın 2-də günün sonunda bitib. Bununla da Milli Məclisin hazırkı deputatlarından parlament seçkilərində iştirak etməyənlərinin adları məlum olub. Ümumilikdə, 20 deputat yenidən namizədliyini irəli sürməyib. Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlament fraksiyasının üzvüdür. YAP deputatlığa namizədlərinin siyahısını hazırlayanda onlardan 13 nəfərinin adını rəsmi namizədlər siyahısına daxil etməyib. Hakim partiyanın namizədlərindən biri seçki prosesindən çəkildiyini və namizədliyini geri götürdüyünü açıqlayıb. Bundan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı və 5 bitərəf deputat yenidən seçkiyə qatılmayıblar. Milli Məclisin növbəti tərkibində təmsil olunmayacaq hazırkı deputatların siyahısını təqdim edirik. İsmayıl Hacıyev - YAP Abel Məhərrəmov - YAP Qalib Salahzadə - YAP Arif Əşrəfov - YAP Fərhad Qəribov - YAP Cəlal Əliyev - YAP Aslan Cəfərov - YAP Ayaz Orucov - YAP Ərəstun Cavadov - YAP Gülçöhrə Məmmədova - YAP Əhməd Vəliyev - YAP Rəbiyyət Aslanova - YAP Nazim Fərəcov - YAP Leyla Abdullayeva - YAP (namizədliyini geri götürüb) Elton Məmmədov - bitərəf Ceyhun Osmanlı- bitərəf Aydın Abbasov - bitərəf Etibar Hüseynov - bitərəf Arif Alışanov - bitərəf Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri

Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. (report)

Mediainfo.az