
Tənzilə Rüstəmxanlı: "Yəqin ki, MSK-ya verdiyimiz şikayətə birinci günə qədər cavab veriləcək”
Millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı DSK-nın qərarından MSK-ya şikayət edib. Bu barədə Cəbhə.info-ya Tənzilə Rüstəmxanlı özü məlumat verib. Onun sözlərinə görə, namizədliyinin qeydə alınması üçün 550 imza toplayıb: "Guya imza verənlərin 180 nəfəri gəlib DSK-ya deyib ki, bizi Tənzilə Rüstəmxanlının adamları aldadaraq imza toplayıb, kimə imza verdikləri barədə xəbərsiz olublar. Yəni, məni tanımadıqları halda imza veriblər. Absurd bir parodiya qoşublar. Buna görə də MSK-dan bunun araşdırılmasını istəmişəm. Başqa bir bəhanə tapa bilməyiblər. Yəqin ki, MSK-ya verdiyimiz şikayətə birinci günə qədər cavab veriləcək".
Qeyd edək ki, Tənzilə Rüstəmхanlı 42 saylı Sumqayıt İkinci Seçki Dairəsində namizədliyini irəli sürüb. 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır. Musa Qasımlı builki seçkilərdə Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verib.
Mediainfo.az