7 ölkə Rusiyaya bəyanat hazırladı

7 ölkə Rusiyaya bəyanat hazırladı

2 Oktyabr 2015 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə, Almaniya, Böyük Britaniya, Fransa, Qətər və Səudiyyə Ərəbistan mülki Rusiyadan dərhal mülki əhalinin və müxalifətin bombalanmasını, səylərini İŞİD-i vurmağa yönəltməyi tələb edib.

7 ölkənin imzaladığı birgə bəyanatda deyilir:

"Biz Rusiya Federasiyasının Suriyadakı hərbi aktivliyindən dərin narahatlıq keçiririk. İlk növbədə rus aviasiyasının Hama, Homs və İdlib şəhərlərini bombalamasından və hücumların İŞİD-ə yox, dinc əhaliyə qarşı yönəlməsindən. Belə davranışlar gərginliyi artıra və son nəticədə ekstremizm və radikallığın artmasına gətirib çıxara bilər. Rusiya Federasiyasından mülki əhaliyə, müxalifətə qarşı təcavüzkarlığı dayandırmağı, səylərini İŞİD üzərində cəmləşdirməyi tələb edirik"./Avropa.info/

Mediainfo.az