
Rusiya aviasiyası İŞİD-in obyektləri məhv edib
Rusiya aviasiyası ötən gecə "İslam Dövləti"nin Suriyadakı mövqelərinə endirdiyi zərbələr nəticəsində terrorçuların İdlib bölgəsindəki qərargahını və silah anbarını məhv edib.
Apa-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Aviazərbələr zamanı həmçinin terrorçuların Hama şəhərində yerləşən komanda məntəqəsi məhv edilib. Qeyd edək ki, dünən Rusiya Federasiya Şurası prezident Vladimir Putinin silahlı qüvvələrdən ölkə xaricində istifadə olunması barədə müraciətini müsbət cavablandırıb. Rusiya tərəfi Suriya prezidenti Bəşər Əsədin müraciəti əsasında İŞİD terrorçu qruplaşmasına qarşı mübarizə aparmaq üçün Suriyaordusuna hərbi dəstək verəcək.
Mediainfo.az
Digər xəbərlər